Digital Marketinq Nədir?

Bu gün istənilən sahədə uğur qazanmaq istəyən şirkət və ya fərd üçün onlayn görünürlük artıq seçim deyil, zərurətdir. Bu nöqtədə digital marketinq anlayışı ön plana çıxır. Sadə dildə desək, digital marketinq internet və rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilən bütün marketinq fəaliyyətlərinin ümumi adıdır. Axtarış sistemləri, sosial media platformaları, e-poçt və mobil tətbiqlər kimi kanallar bu prosesin əsas hissəsini təşkil edir.

Ənənəvi marketinqdən (televiziya, radio, çap reklamları) fərqli olaraq, digital marketinqin ən böyük üstünlüyü nəticələrin real vaxtda ölçülə bilməsidir. Digital marketoloq hansı reklamın nə qədər insana çatdığını, neçə nəfərin sayta daxil olduğunu və satışa çevrildiyini dəqiq rəqəmlərlə görə bilir. Bununla yanaşı, hədəf auditoriya yaşına, marağına, coğrafi mövqeyinə görə çox dəqiq seçə bilir, bu da büdcənin daha səmərəli xərclənməsinə şərait yaradır.

Digital Marketinqin Faydaları Nələrdir?

Rəqəmsal marketinqin ənənəvi üsullardan üstün olduğu bir neçə əsas nüans var:

Dəqiq hədəfləmə imkanı. Yaş, maraq, davranış və coğrafi məlumatlara əsaslanaraq mesaj məhz doğru auditoriyaya çatdırılır.

Dəqiq ölçülə bilən nəticələr. Klik sayı, sayt ziyarətçiləri, konversiya faizi kimi göstəricilər real vaxtda izlənilir və strategiya bu məlumatlara əsasən təkmilləşdirilir.

Sərfəli xərc. Böyük büdcəyə ehtiyac olmadan da nəticə əldə etmək mümkündür. Məsələn, e-poçt marketinqinə qoyulan hər manatın qat-qat artıq gəlir gətirdiyi araşdırmalarla təsdiqlənib.

Geniş əhatə dairəsi. Coğrafi sərhədlər aradan qalxır, kiçik bir biznes belə dünyanın istənilən nöqtəsindəki müştəriyə çata bilir.

Sürətli uyğunlaşma. Bazar şərtləri dəyişdikdə kampaniyanı dərhal düzəltmək mümkündür.Bu, çap reklamı kimi ənənəvi üsullarda mümkün olmayan bir imkandır.

Rəqabət üstünlüyü. Kiçik büdcəli bir biznes belə, düzgün strategiya ilə böyük rəqiblərlə eyni məkanda (məsələn, eyni açar söz üzrə axtarış nəticələrində) görünə bilir.Ənənəvi mediada demək olar ki, mümkün deyil.

Digital Marketinqin Əsas Növləri

Rəqəmsal marketinq tək bir alət deyil, bir-birini tamamlayan çoxsaylı kanalların məcmusudur. Aşağıda ən çox istifadə olunan istiqamətlərə nəzər salaq.

Instagram, Facebook, LinkedIn və TikTok kimi platformalar brendlərə auditoriya ilə birbaşa əlaqə qurmaq imkanı verir. Burada əsas məqam düzgün platforma seçimi və aktual trendlərə uyğunlaşmaqdır. Hər sahə üçün eyni platforma effektiv olmaya bilər, məsələn, B2B şirkətlər üçün LinkedIn, gənc auditoriya üçün isə TikTok daha uyğun ola bilər.

Sosial Media Marketinqi

Kontent Marketinqi

Kontent marketinqi məhsulu birbaşa satmaq əvəzinə, auditoriyaya faydalı və maraqlı məlumat təqdim etməyə əsaslanır. Bloq yazıları, videolar, elektron kitablar və vebinarlar bu kateqoriyaya aid edilir. Uzunmüddətli baxımdan bu yanaşma etibar yaradır, saytın trafikini artırır və nəticədə satışlara müsbət təsir edir.

Axtarış Sistemlərinin Optimizasiyası (SEO)

SEO – vebsaytın Google kimi axtarış sistemlərində üst sıralarda görünməsi üçün aparılan işlərin toplusudur. Məqsəd ödənişsiz (üzvi) trafiki artırmaqdır. Bunun üçün üç əsas istiqamətdə iş görülür:

  • Açar söz araşdırması- istifadəçilərin nə axtardığını müəyyənləşdirmək;
  • Texniki optimizasiya- saytın sürəti, mobil uyğunluğu və strukturu;
  • Keyfiyyətli məzmun – istifadəçinin sualına real cavab verən mətnlər.

Bundan əlavə, backlink adlanan xarici sayt keçidləri də saytın etibarlılığını artıraraq sıralamaya müsbət təsir göstərir.

E-poçt Marketinqi

Bir çox mütəxəssis e-poçt marketinqini ən yüksək gəlirlilik göstəricisinə malik kanal hesab edir, çünki birbaşa müştəridən toplanan məlumat əsasında işləyir və üçüncü tərəf məlumatlarından asılı deyil. Şəxsiləşdirilmiş e-poçt kampaniyaları abunəçilərlə uzunmüddətli əlaqə qurmağa kömək edir.

PPC – Klik Başına Ödəniş Reklamları

PPC modelində reklamçı yalnız istifadəçi reklama kliklədikdə ödəniş edir. Google Ads bu modelin ən populyar nümunəsidir. Uğurlu kampaniya üçün düzgün açar söz seçimi, aydın büdcə planı və optimallaşdırılmış açılış səhifəsi vacibdir. Əks halda, klik sayı yüksək olsa belə, real satış baş verməyə bilər.

Affiliate Marketinqi

Bu modeldə bir şirkət başqa bir tərəfin (bloger, influencer, media sahibi) vasitəsilə məhsulunu tanıdır və əldə olunan hər satış və ya lead üçün komissiya ödəyir. Amazon kimi böyük platformalar bu strategiyadan geniş şəkildə istifadə edir, çünki üçüncü tərəf tövsiyələri istehlakçı üçün daha inandırıcı görünür.

Video Marketinqi

Son illər ən sürətlə böyüyən istiqamətlərdən biri video kontentdir. YouTube, Instagram Reels və TikTok kimi platformalarda qısa və uzun formatlı videolar auditoriyanın diqqətini digər format növlərinə nisbətən daha uzun müddət saxlayır. Məhsul tanıtımından tutmuş müştəri rəylərinə qədər video format, xüsusilə mobil istifadəçilər arasında, konversiyanı əhəmiyyətli dərəcədə artıra bilir.

Marketinq Avtomatlaşdırması (Marketing Automation)

CRM sistemləri və avtomatlaşdırma alətləri vasitəsilə təkrarlanan proseslər (məsələn, tərk edilmiş səbət xatırlatmaları, yeni abunəçilərə salamlama mesajları) insan müdaxiləsi olmadan icra olunur. Bu, həm vaxta qənaət edir, həm də müştəri ilə əlaqənin fasiləsiz davam etməsini təmin edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Benzer yazılar

Aramak istediğinizi üstte yazmaya başlayın ve aramak için enter tuşuna basın. İptal için ESC tuşuna basın.

Üste dön