Pulsuz, Qardaşın Qardaşa deməyəcəyi məlumatı sizinlə paylaşıram.
Siz də ətrafınızdakı, inkişafını istədiyiniz yoldaşlarınız ilə paylaşın ki, onlarda yararlansın.
Dünyada Heç bir Digital Marketing Kursu – nda öyrədilməyən ( Mənim Kursum xaric ) bir mövzu.
⚠️ Dəstəklənməyən Reklamların Professional Şəkildə Verilməsi.
🤔 Niyə dünyada heç bir kursda öyrədilmir?
1️⃣ Çünki əsas xarici dillərdə reklamlar təsdiqlənir ona görə xaricilərin bu oyunlardan çıxmaqlarına ehtiyac yoxdur.
2️⃣ Platformaların qadağan etdikləri reklamları verməyi öyrətmək sadəcə özlərinə rəqib yetişdirməkdir və kimsə bunu istəmir.
3️⃣ Kurslar sadəcə sertifikat ala biləcəyiniz, reklamların qanuni tərəflərini sizə öyrədir.
Mən isə Google və ya Meta politikalarının loru dildə desək “necə içindən keçəcəyinizi” sizə öyrədəcəm.
Kursumun da digər kurslardan əsas fərqi budur.
Mövcud Vəziyyət:
Bizdə bu problemi necə həll edirlər?
1) Bəzi markalar, reklamı təsdiqlətmək üçün, müştərini rus və ya ingiliscə olan səhifəyə yönləndirir.
2) Bəziləri pop-up çıxardıb saytın dilini dəyişməyi məsləhət görür.
Mən sizə bunun daha sadə və daha professional yolunu step by step göstərəcəm.
Reklamınızda rəsmi olaraq təsdiqlənəcək.
Və sizin müştərilər sizin reklama kliklədiyində sizin Azərbaycan dilində olan səhifənizə gedəcəklər.
Cloaking ads nədir?
Cloaking ads, istifadəçinin gördüyü reklamları, axtarış motorları və ya digər platformalar üçün fərqli göstərmək məqsədilə istifadə edilən bir taktikadır.
Bildiyiniz kimi hər platformanın öz qaydaları və öz qanunları vardır.
Verilmək istənilən reklam bu qaydalara uymadıqda təsdiqlənmir.
Təsdiqlənmə prosesi necə olur?
- Platformanın reklam botları bu vermək istədiyiniz reklamları yoxlayır.
Əgər heç bir problem olmazsa (təsdiqlənməyən dil, politikalara zidd sahələr və s) reklamı təsdiqləyir. - Hər hansı problem olarsa reklam botu bu reklama reject verir və ümumi qaydada bildirir ki, bu reklamlar politikalarımıza ziddir.
- Əgər siz bu qərarda hər-hansı yanlışlıq olduğunu düşünərsinizsə, sizə seçim verilir ki, bu məsələ barədə supporta müraciət göndərəsiniz.
- Siz müraciət etdikdən sonra, sizin müraciətə bu səfər real insan baxır. Yekun qərarı real insan olan platforma işçisi verir.
Bu qərar çox vaxtı yekun qərar olur.
Clokaing ads dediyimiz yol reklamın başından başlayır.
- Reklam Botları sizin reklmaları, açılış səhifələrini(Landing Page) yoxlayanda, açılış səhifəsinin reklam politikalarına uyğun görür və blok etmir.
- Burada biz eyni linkdə iki fərqli nəticə göstəririk. Reklam botları bu linkə daxil olduqda başqa landing page görürlər, real istifadəçilər bu linkə daxil olduqda isə tam başqa landing page.
Digital Marketingdə Cloaking Ads necə edilir?
Googledə axtarış etsəniz bunun bir neçə versiyasını görəcəksiniz.
Amma bu versiyalar ya pullu olur ya da heç bir halda işimizə yaramır.
Bəzi versiyaları isə ancaq proqramist olmalıdır ki, bu problemi həll edilsin.
Mən isə sizə bunun çox sadə versiyasını göstərirəm.
1) Bizə 2 dənə Landing Page lazımdır. Biri dəstəklənən dillərin birində olacaq biri öz dilimizdə yəni dəstəklənməyən Azərbaycan dilində.
2) Azərbaycan xarici ip-lər ilə bizim linkə daxil olanlara, dəstəklənən dildə olan səhifəmizi göstərəcəyik.
Azərbaycan daxilində olan ip-lər ilə daxil olan müştərilərə isə bir başa Azərbaycan dilində olan Səhifəmiz göstəriləcək.
3) Reklam platformalarındakı botlar Azərbaycan xaricindən daxil olacaqları üçün bunlar bizim, Platforma tərəfdən dəstəklənən dildə olan səhifəmizi görəcəklər.
Beləliklə reklamımız problemsiz şəkildə təsdiqlənəcək.
Cloaking Ads Texniki Həlli:
1) Cloudflare.com deyilən saytdan qeydiyyatdan keçib, domainimizi buraya əlavə edirik.(Bunun youtubda 100-lərlə videosu olduğundan göstərib beyninizi qarışdırmıram)
Buradan Daxil oluruq domainimizə.
2) Açılan menudan sol tərəfdə Rules bölməsinə klikləyirik.
3) Create Rule olan butona klikləyirik
4) Buradan Rule yaradırıq yəni qayda yaradırıq ki, bu linkə xaricdən daxil olanda birinci Landing Pageyə yönləndir, daxili iplərdən daxil olanlara 2-ci Landing Pageyə.
– Yaradacağımız Rule-yə ad veririk. Məsələn Google reklamları üçün ediriksə bunu, Rule-nin adını Google verə bilərik.(Siz istədiyiniz adı verə bilərsiniz)
– İkinci xanada qeyd elədiyim seçimi edirik
– Link bölməsindən seçdiyim bütün versiyaların eynisini seçin.
– birinci yerə bizim dəstəklənməyən dildə olan səhifəmizin linkini full versiyada əlavə edirik
– sağ tərəfdə And butonuna klikləyib açılan xanadan Country seçib does not equal əlavə edirik və Azərbaycanı seçirik(Yəni Azərbaycan xaricindən daxil olanları hədəfləyirik)
5) Eyni bölmədə aşağı enib Path bölməsində Rewrite to olan xananı seçirsiniz.
– Onun içində Static-i seçirsiniz.
– Link yerinə ikinci səhifəniz olan, reklam platformalarının dəstəklədiyi dildə olan səhifənizi əlavə edirsiniz.
– Domainin başlanğıcını yazmaq lazım deyil, əsas domaindən sonra olan hissəsini, screendə olduğu kimi yazırıq.
– Digər ayarları da screendəki kimi qeyd edirsiniz və save edirsiniz.
Vəssalam Bu Qədər Sadə. Səhifəniz Hazırdır.
Qeyd 1: Ən sonra save etdikdən sonra, üçüncü screendəki kimi yaratdığınız Rule-ni görəcəksiniz.
Qeyd 2: Qarşısındakı butondan istədiyiniz vaxt bu prosesi dayandırıb və ya yenidən aktiv edə bilərsiniz.
Qeyd 3: Bir neçə səhifədə bu prosesi etmək istəyirsinizsə hər dəfə yeni Rule yarat seçib eyni prosesi təkrar edə bilərsiniz.
– Ən sonda əlavə qeyd üçün deyim ki, əgər qatılacağınız kurs, sizə ən az bu kimi real günümüzə ait problem həllərini öyrətmirsə Narahat olmayın.
– Bu və bundan daha artıq problemlərin həllini öyrədən, Azərbaycan bazarına uyğun ən detallı optimizasiyalar ilə Detallı Digital Marketing Kursumuza yeni yığımlar başlayıb.
Bizə yazaraq ödənişsiz tanışlıq dərsində iştirak edə bilərsiniz.
Təşəkkürlər.